Bakılı milyarder özünü yeni dövlətin kralı elan etdi FOTO


Dünya 28 İyn 2018 14:35:00 268 0

Bakılı milyarder özünü yeni dövlətin kralı elan etdi  FOTO

Yer kürəsində "Asqardiya" adlı kosmik dövlət peyda olub və onun kralı Bakıda anadan olmuş rusiyalı milyarder, alim, "Almaz-Antey" hərbi sənaye korporasiyasının prezidenti İqor Aşurbəylidir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda "Newsweek" jurnalı yazır.

Aşurbəyli yeni kosmik dövlətin yaradılması barədə Vyanada iyunun 25-də keçirilmiş təntənəli mərasimdə elan edib. Asqardiya dövlətinin Yerdə heç bir ərazisi olmasa da artıq 200 minə yaxın vətəndaşı var. Onlar internet üzərindən yeni dövlətin vətəndaşlığına qoşulublar. Habelə Aşurbəylinin dövləti Yer ətrafı aşağı orbitdə yaşayış binası tikmək və Ayda yaşayış məskəni salmaq barədə ambisiyalı planlarını da elan edib.

Asqardiyanın dövlət kimi fəaliyyəti üçün bütün lazım olanlar var: konstitusiya, bayraq, himn, seçilmiş nümayəndələr. Bu dövlət öz iqtisadiyyatını formalaşdırmaq üçün SOLAR adlı kriptovalyuta yaratmaq üzərində də işləyir. Yerlə əlaqəyə gəldikdə isə Aşurbəyli öz dövlətinin müstəqil olacağını bildirib.

"Asqardiya elə infrastruktur işləyib hazırlayacaq ki, yerüstü sistemlərdən asılı olmasın. Asqardiyalıların inteqrə olunmuş pasportlar, kredit kartları və ənənəvi smartfonları özündə birləşdirən portativ qurğuları olacaq"-Aşurbəyli deyib.