Alan Akselrodun “Qandi” kitabı Azərbaycan dilində


Digərləri 28 İyn 2018 14:34:28 217 0

Alan Akselrodun “Qandi” kitabı Azərbaycan dilində

Tarix, menecment və biznesin idarə edilməsi barədə bestsellerlər müəllifi kimi tanınan amerikalı tədqiqatçı-alim Alan Akselrodun “Qandi” kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb.

Bakı. Tarix, menecment və biznesin idarə edilməsi barədə bestsellerlər müəllifi kimi tanınan amerikalı tədqiqatçı-alim Alan Akselrodun “Qandi” kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb. Trend-in məlumatına görə, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev adıçəkilən kitabı tərcümə edib. Kitabda Hindistan milli-azadlıq hərəkatı rəhbərlərindən biri olan Mahatma Qandinin rəhbərlik təcrübəsi tədqiq edilərək liderlərə tabeliklərində olanları idarə etmək, uğurlu islahatlar aparmaq və yüksək nəticələr qazanmaq üçün faydalı ola biləcək 100 dərs təqdim edilib. Liderlərə istiqamət verən və onları uğur qazanmağa ilhamlandıran 14 qanundan bəhs edilir. Bunlar “Qərarlar”, “Ya fəaliyyət, ya ölüm”, “Qeyri-əməkdaşlıq ruhu”, “Hər bir şəxsə pay verməli”, “Bilik və təcrübə”, “Təcəssüm”, “Nümunəvi möcüzələr”, “Qeyri-zorakı rəhbərlik”, “Prinsiplər və praqmatizm”, “Zülmkarlığa “yox”, məsuliyyətə “hə”, “Yenidən qiymətləndirmə inqilab kimi”, “Öyüd inandırma vasitəsidir” adlı hissələrdən ibarətdir.