Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir


Digərləri 28 İyn 2018 14:20:00 297 0

Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir

Azərbaycan ordusu son aylar bir-birinin ardınca cəbhə xəttinə yaxın poliqonlarda hərbi birləşmələr səviyyəsində intensiv təlimlər keçirməkdə idi və bu təlimlər Ermənistanda ciddi panika yaradıb.

Belə ki, aprel ayından başlayaraq Azərbaycan ordusunun raket-artilleriya, tank və mühəndis-istehkam bölmələri taktiki təlimlər keçirib. Təlimlər, demək olar ki, ara verməyib və Ermənistanda bunu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşması kimi qiymətləndiriblər. Bir neçə dəfə erməni tərəfi Azərbaycan ordusunun cəbhə xəttinə yaxın təlim poliqonlarına hərəkət edən texnikasının və canlı qüvvəsinin dronla çəkilmiş görüntülərini yayıb. Ümumiyyətlə, Azərbaycan ordusunun birləşmələrinin adi gündəlik təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk etməsi dərhal Ermənistanda panik reaksiyalara səbəb olurdu.

Son.az virtualaz.org-a istinadən bildirir ki, indi isə söhbət 20 minlik canlı qüvvənin, yüzlərlə tankın və digər zirehli texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilən raket-artilleriya komplekslərinin və zərbə pilotsuz uçan aparatların tətbiqi ilə irimiqyaslı təlimlər barədə anons verilib. Gözləniləndir ki, bu təlimlər Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən yeni silah sistemlərindən möhkəm pərt olan Ermənistanda müharibə təşvişini daha da artıracaq.

Digər tərəfdən təlimlərin ssenarisi məhz işğal edilmiş ərazilərin irimiqyaslı hücumla geri alınması üzərində qurulub. Yəni Ermənistanda bu baxımdan haqlıdırlar ki, mümkün hərbi əməliyyatlar 2016-cı ilin aprelində olduğu kimi lokal xarakter daşımayacaq, irimiqyaslı olacaq və Azərbaycan ordusunun indiki imkanları qarşısında düşmənin müqavimət şansı demək olar qalmayıb.


Xəbərə aid fotolar