Tərtərdə əl qumbarası tapılıb (FOTO)


Digərləri 28 İyn 2018 14:14:00 278 0

Tərtərdə əl qumbarası tapılıb (FOTO)

Tərtərdə əl qumbarası tapılıb

Bakı. Tərtərdə əl qumbarası tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 11:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər şəhəri, N.Nərimanov küçəsində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.