Evlənmək istədiyi 17 yaşlı qızı meşədə 6 saat boyunca zorladı Qubada


Kriminal 28 İyn 2018 13:56:00 307 0

Evlənmək istədiyi 17 yaşlı qızı meşədə 6 saat boyunca zorladı  Qubada

“Mənimlə ailə qurmasan, səni öldürəcəm”

Quba rayonunda 17 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Eldəniz Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadla xəbər verir ki, Eldəniz Məmmədov yaşadığı Quba rayonun Hacıhüseynli kəndində həmkəndlisi olan 1998-ci il təvəllüdlü Samirə Əliyevaya təcavüz edib.

Kənd yolunda qıza yaxınlaşdı

Hadisə 18 fevral 2015-ci il tarixdə baş verib. Eldəniz Məmmədov həmin gün saat 16.00-da yaşadığı kənddə Samirə Əliyevanın evlərindən çıxaraq kəndarası yolla tək getdiyini görüb.

O, ətrafda heç kimin olmamasından istifadə edərək gizlin şəkildə qıza arxadan yaxınlaşıb və əli ilə ağzını tutub, onun qışqırmasına imkan verməyib.

Sahibsiz evdə zorakılıq

Eldəniz Məmmədova Samirə Əliyevaya güc tətbiq edib və onu sürüyə-sürüyə həmin ərazidə meşə yaxınlığında olan sahibsiz evə gətirib.

O, qızı həmin evə gətirəndən sonra onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Eldəniz zorakılıq göstərən zaman qıza gözünün altından xəsarət yetirib.

Əl-qolunu, ağzını bağladı

Daha sonra Eldəniz Məmmədov Samirəni həyətdə kənarları şiferlə əhatə olunmuş yardımçı tikilinin içərisinə salıb. Orada qızın ağzını boynundakı şərflə, əllərini və ayaqlarını isə yerdən tapdığı kapron iplə bağlayıb.

Sonra Eldəniz Məmmədov üstündə olan cib bıçağından silah qismində istifadə etməklə, onu hədələyib. Eldəniz onunla ailə qurmaq istədiyini deyib.

"Mənimlə ailə qurmasan, səni öldürəcəm"

Eldəniz Məmmədov Samirə Əliyevanın razılığı olmadan onu oğurlayıb, ailə qurmaq məqsədilə 6 saat həmin tikilidə saxlayıb. Bu müddət ərzində Samirə onunla ailə qurmayacağını deyib.