Musiqili Teatr 108ci mövsümün ən yaxşılarını mükafatlandıracaq


Kriminal 28 İyn 2018 13:43:00 280 0

Musiqili Teatr 108ci mövsümün ən yaxşılarını mükafatlandıracaq

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü yekunlaşmaq üzrədir

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü yekunlaşmaq üzrədir.

Qurumun mətbuat xidmətindən Son.az-a bildirilib ki, mövsümün başa çatması ilə əlaqədar iyulun 3-də saat 12:00-da Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Artıq bir neçə ildir ki, kollektivdə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması ənənəyə çevrilib. 

Tədbirdə "Ən yaxşı kişi roluna görə", "Ən yaxşı qadın roluna görə", "Mövsümün ən yaxşı rejissor işinə görə", "Mövsümün sevilən aktrisası",  "Mövsümün sevilən aktyoru", "Mövsümün məhsuldar aktyoru", "Bərpa tamaşasında uğurlu roluna görə",  "Mövsümün ən yaxşı balet artisti", "Mövsümün ən yaxşı xor artisti", "Mövsümün ən yaxşı musiqiçisi", "Mövsümün ən işgüzar əməkdaşı", "Mövsümün ən yaxşı uşaq roluna görə", "Teatrın dostu", "Mövsümün ən yaxşı texniki işçisi", "Mövsümün sevilən tamaşası" nominasiyaları üzrə qaliblər bəlli olacaq. Qaliblərə xüsusi prizlər və pul mükafatları veriləcək.