Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə


Digərləri 28 İyn 2018 13:34:00 282 0

Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) hökumət və özəl sektorun aqrobiznes mütəxəssislərini Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdarlıq etmək üçün tədbir keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və tərəvəzlərdə qidalanan bir zərərverici böcəkdir. Şərqi Asiyaya məxsus bu böcək Cənubi Qafqaz regionunda yeni zərərvericicidir və təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollardan çox meyvə və fındığı məhv edib.

Gündə 100 km-dən yuxarı məsafəyə və ya avtomobil və yük maşınlarında səyahət edə bildiyindən bu böcək uzun məsafələri asanlıqla qət etməklə Gürcüstan ərazisində sürətlə yayılıb və son zamanlar Şəmkirdə də aşkar edilib. Zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa, bu təhlükəni aradan qaldırmaq üçün dövlət və özəl sektorun təcili olaraq birgə işləmələrinə ehtiyac yaranacaq.