Gənc hücumçu milli karyerasını başa vurdu


İdman 28 İyn 2018 13:37:00 256 0

Gənc hücumçu milli karyerasını başa vurdu

İranlı hücumçu Sərdar Azmun milli karyerasını başa vurub. Goal.az xəbər verir ki, gənc futbolçu qərarını sosial şəbəkə vasitsəilə elan edib. Azmun ünvanına yönələn tənqidlər nəticəsində anasının səhhətində yaranan pisləşməsni əsas səbəb kimi qeyd edib.

“Millidə oynamaq üçün mənim üçün şərəf idi. Həyatımın sonuna kimi buna görə fəxr edəcəm. Təəssüf ki, iradəmin əleyhinə gedərək, millidəki karyeramı bitirmək qərarına gəldim. Bu, 23 yaşlı futbolçu üçün olduqca çətin qərardı. Ancaq səbəblərim var. Xəstə anamın vəziyyətinin pisləşməsi məni belə bir seçimə vadar etdi və mən anamı seçdim” – Azmun yazıb.

Hücumçu dünya çempionatında üç oyunda meydana çıxıb və fərqlənə bilməyib.