Almaniyada PARTLAYIŞ


Dünya 28 İyn 2018 13:22:00 257 0

Almaniyada PARTLAYIŞ

Almaniyanın Bremen şəhərində bir evdə baş verən patlayış nəticəsində 3 nəfər həyatını itirib.

Son.az Hürriyet-ə istinadən xəbər verir ki, Bremen polisinin etdiyi açıqlamaya görə, partlayış səhər saatlarında Bremenin Huçtinq qəsəbəsində qeydə alınıb.

Patlayış nəticəsində 41 yaşlı bir qadın ilə 7 yaşlı uşağın cansız bədəni aşkar edilib. Qonşu mənzildə isə partlayışın təsirindən qorxan 70 yaşlı bir qadının da dünyasını dəyişdiyi məlum olub.