Havanın temperaturu 43 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ


Sosial 28 İyn 2018 13:23:58 313 0

Havanın temperaturu 43 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı xəbərdarlıq olunub

Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"averilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.