Orduda xüsusi rejim tətbiq olunub


Digərləri 28 İyn 2018 13:11:00 257 0

Orduda xüsusi rejim tətbiq olunub

Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə Müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub.

Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Trend-in sorğusuna cavab olaraq məlumat verib.

Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.