Hacıyevlə yeni müqavilə


İdman 28 İyn 2018 12:36:00 313 0

Hacıyevlə yeni müqavilə

Neftçi Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.

Goal.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/19 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb.

Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.

Qeyd edək ki, Neftçi-də bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yenilənmişdi.