Almaniyada baş verən partlayışda yaşayış binası dağılıb, 3 nəfər ölüb


Dünya 28 İyn 2018 12:20:20 252 0

Almaniyada baş verən partlayışda yaşayış binası dağılıb, 3 nəfər ölüb

Qalıqlar 50 metr radiusda səpələnib

Almaniyanın Bremen şəhərində bu gün səhər saatlarında yaşayış binasında baş verən güclü partlayış nəticəsində azı 3 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, DPA agentliyi partlayışın Xuxtinq rayonundakı balaca binanın yuxarı mərtəbəsində baş verdiyini bildirib.

Nəticədə ev özülünə qədər dağılıb, qalıqlar 50 metr radiusda səpələnib.

Yanğınsöndürənlərdən biri daha əvvəl belə hadisəyə ras gəlinmədiyinideyib.

Hələlik hadisənin hansı səbəbdən baş verməsi haqqında məlumat verilmir.