İsrail İranla futbol oynamaq istəyir


Dünya 28 İyn 2018 11:35:00 273 0

İsrail İranla futbol oynamaq istəyir

İstərdim ki, futbol üzrə İsrail yığması Tehranda İran millisi ilə oynasın.

Son.az report-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib.

"Bilirsiniz Kriştianu Ronaldunu dayandırmaq necə çətindir? Mən bir zamanlar futbol oynayırdım və deyə bilərəm, bu, demək olar ki, qeyri-mümkündür. Amma İran yığması mümkün olmayanı bacardı",- deyə İsrailin baş naziri bildirib.