ABŞ dövlət katibinin köməkçisi: ""Cənub Qaz Dəhlizi"nin reallaşmasında Azərbaycanın rolu əvəzsizdir" FOTO


Dünya 28 İyn 2018 11:04:00 270 0

ABŞ dövlət katibinin köməkçisi: ""Cənub Qaz Dəhlizi"nin reallaşmasında Azərbaycanın rolu əvəzsizdir"  FOTO

27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil-qərargahında "Cənub Qaz Dəhlizi"nə həsr olunmuş tədbir keçirilib.

Energetika Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbirdə ABŞ Administrasiyasının üzvləri, çox sayda konqresmen və senator, diplomatik korpusun nümayəndələri, aparıcı beyin mərkəzləri, biznes dairələrinin təmsilçiləri iştirak edib.

Tədbiri açan BP-nin baş direktoru Bob Dadli layihə üzrə görülmüş işlərdən və "Cənub Qaz Dəhlizi"nin rolundan danışıb. O deyib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində "Cənub Qaz Dəhlizi" layihəsini həyata keçirmək mümkün olub.

Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir çıxışında "Cənub Qaz Dəhlizi"nin icrasında bu il əhəmiyyətli hadisələrin baş verdiyini və layihənin artıq reallıq olduğunu deyib. Layihə üzrə qısa zamanda irəliləyişlərə nail olunmasında tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin rolu qeyd olunub: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz bu layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik".

Nazir ABŞ Administrasiyasına "Cənub Qaz Dəhlizi" layihəsinə davamlı dəstəyinə görə Azərbaycan hökuməti adından təşəkkürünü çatdırıb. P.Şahbazov layihənin vaxtında reallaşmasında BP-nin rolunu da xüsusi qiymətləndirib.


Xəbərə aid fotolar