Araz Əzimov: "Beynəlxalq Təmas Qrupu Əfqanıstanda münaqişənin həllinə dair əməkdaşlıqda çox maraqlıdır"


Digərləri 28 İyn 2018 10:51:00 249 0

Araz Əzimov: "Beynəlxalq Təmas Qrupu Əfqanıstanda münaqişənin həllinə dair əməkdaşlıqda çox maraqlıdır"

Bizim birgə məqsədimiz Əfqanıstan və ölkədən kənarda sülh və təhlükəsizliyə dair bir sıra hədəflərimizə nail olmaqdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında açılış nitqində deyib.

Nazir müavini bu platformanın əhəmiyyətini qeyd edib: "Bu, çox mühüm siyasi platformadır. Geniş tərkibdən ibarət Beynəlxalq Təmas Qrupu Əfqanıstanda münaqişənin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işə kömək göstərməyə və əməkdaşlıq etməyə, birgə səylərimizi daha da inkişaf etdirməyə şadıq. Mən həmçinin məmnunam ki, biz bunu dost və qardaş ölkə üçün edirik".

A.Əzimov bildirib ki, Azərbaycan Əfqanıstanla ümumi tarixi və mədəniyyəti bölüşür: "Ümid edirəm ki, gələcəkdə bizim millətlər daha sıx əlaqədə olacaq".

Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına ümidvar olduğunu deyib.

O, Əfqanıstanda qarşıdakı seçkilərə də toxunub: "Oktyabrda Əfqanıstanda keçiriləcək parlament seçkilərinin yaxşı təşkil olunacağına və nəticələrinin gələcəkdə sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə inanırıq. Həmçinin bu seçkilər növbəti prezident seçkiləri üçün yaxşı platforma yaradacaq".