Təhsil Nazirliyi Müəllimlər İnstitutunun məzununun diplomu ilə bağlı yaranan anlaşılmazlığı həll etdi


Digərləri 28 İyn 2018 10:25:00 276 0

Təhsil Nazirliyi Müəllimlər İnstitutunun məzununun diplomu ilə bağlı yaranan anlaşılmazlığı həll etdi

Təhsil Nazirliyi Müəllimlər İnstitutunun məzununun diplomu ilə bağlı yaranan anlaşılmazlığı həll etdi.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun məzunu olan Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının diplomu ilə bağlı yaranan anlaşılmazlığı həll edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil naziri bununla bağlı yeni diplom blankının verilməsi barədə əmr verib. Əmrdə göstərilir ki, Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb. Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub.