Türkiyə yeni idarəetmə sisteminə hazırlaşır


Dünya 28 İyn 2018 10:19:00 211 0

Türkiyə yeni idarəetmə sisteminə hazırlaşır

Toplantıya baş nazir Binəli Yıldırım və Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli də qatılıblar

Türkiyə prezidentinin birinci müavini nazirliklərin işlərini koordinasiya edəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə iyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “yeni sistem”lə bağlı keçirdiyi toplantıda qərar qəbul edib.

Bu toplantıya baş nazir Binəli Yıldırım və Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli də qatılıblar.

Toplantıda prezident idarəçiliyinin detalları müzakirə edilib. Yığıncaqda prezidentin müavinləri, nazirliklər, bir sıra komitələr və orada kimlərə vəzifə veriləcəyi dəyərləndirlib. Bildirilib ki, prezidentin birinci müavini Türkiyə prezidentinə ən yaxın şəxs olacaq. Bununla birlikdə prezidentin ən azı 3 müavininin olacağı gözlənilir.

İyulun 8-də yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan və parlament and içəcək. Andiçmə mərasimində baş naizr və nazirlər öz vəzifələri ilə təmsil olunacaqlar. Andiçmədən sonra prezident idarəetmə üsulu forması sistemi işə düşəcək.

Toplantıda Türkəyədə 2015-ci il 15 ilyul dövlət çevirlişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejiminin də ləğvi barədə razılıq əldə olunub.