"Sevgi də bir istedaddır və hər kəs sevməyə qadir deyil" FOTO


Şou-biznes 28 İyn 2018 10:00:00 348 0

"Sevgi də bir istedaddır və hər kəs sevməyə qadir deyil"  FOTO

"Eyni səhvi təkrarlamaq istəmirəm"

Əməkdar artist Aybəniz Haşımovanın qızı, müğənni Aynişan Quliyeva tədbirlərin birində fotokameralara poz verib.

Son.az bildirir ki, o, yenicag.az-ın suallarını cavablandırıb.

- Sosial şəbəkələrdə yazılan tənqidi fikirlərə münasibətin necə olur?

- Kompleksli insan deyiləm. Hətta mənə yazılan iradlardan nəticə çıxarıram. Yəni sağlam tənqidi qəbul edirəm və həmin tənqidlərdən sonra üzərimdə işləyirəm.

- Anan Aybəniz xanımın sənə qadağaları olurmu?

- Qadağa deyəndə ki, anam məni öz tərbiyəsinə uyğun böyüdüb.

- Heç düşünürsənmi ki, birdən elə oğlanı sevərəm, anam etiraz edər?

- Anam mənə çox güvənir. Həm ağlıma, həm xasiyyətimə. Düşünürəm ki, heç vaxt seçimimdə anamı sarsıtmaram. Təbii ki, seçdiyim oğlan elə oğlan olmalıdır ki, ailəmə yaraşsın. Axı biz hamımız bir ailənin üzvləri olacağıq.

- Qarşı cinsdə hansı xüsusiyyətləri dəyərləndirirsən? Tələblərin çoxdurmu?

- İnsanlığı, mərhəməti, qayğıkeşliyi dəyərləndirirəm. İlk növbədə vicdanlı olmalıdır. Ailə qurursansa, gələcəkdə övladlarını da nəzərə almalısan. Yəni o uşaqların atasının kim olması önəmlidir.

- Sən də bəzi tay-tuşların kimi deyirsən ki, əşşi, indi Leyli-Məcnun sevgisi yoxdur?

- Yox, elə demirəm və elə düşünmürəm. Məncə, sevgi də bir istedaddır və hər kəs sevməyə qadir deyil. Necə ki, hər kəsin səsi yoxdur. Hər halda, hər kəs həyatda öz yarını tapır.


Xəbərə aid fotolar