Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı başlayıb


Siyasət 28 İyn 2018 10:06:00 263 0

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı başlayıb

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.