Damir Saqınbayev Bakıda Azərbaycan Prezidentinin Bişkekə gözlənilən səfərini müzakirə edib


Siyasət 28 İyn 2018 09:46:30 288 0

Damir Saqınbayev Bakıda Azərbaycan Prezidentinin Bişkekə gözlənilən səfərini müzakirə edib

Qırğız Respublikasının Təhlükəsizlik Şurasının katibi Azərbaycan Prezident Administrasiyasının rəhbəri ilə görüşüb

Qırğız Respublikasının Təhlükəsizlik Şurasının katibi Damir Saqınbayev Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olub.

Bu barədə "Report" Qırğızıstan prezidentinin saytına istinadən xəbər verir.

Bakıya səfəri zamanı bu ölkəninTəhlükəsizlik Şurasının katibi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana edəcəyi səfər müzakirə olunub.

D.Saqınbayev həmçinin Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Müzakirələr zamanı beynəlxalq terrorizm, ekstremizm, qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə üzrə iki ölkənin hüquq-mühafizə orqanları arasında müvafiq məlumat mübadiləsi məsələləri müzakirə edilib.