İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditləri üzrə zəmanətlərin verilməsinə başlayır


İqtisadiyyat 28 İyn 2018 09:34:53 424 0

İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditləri üzrə zəmanətlərin verilməsinə başlayır

Bunun üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib

İpoteka və Kredit Zəmanət Fondununsahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Zəmanət Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib.

Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8 bankla müvafiq müqavilələr bağlanılıb. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.

Fondun müvəkkil banklarının siyahısı və zəmanət üzrə komissiyalar ilə www.mcgf.gov.az internet səhifəsindən tanış olmaq mümkündür.

Sahibkarlar (fiziki və hüquqi şəxslər) zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı müvəkkil banklara müraciət edə bilərlər.