Bakıda kondisioner ustasını elektrik cərəyanı vuraraq öldürüb


Digərləri 28 İyn 2018 08:48:00 318 0

Bakıda kondisioner ustasını elektrik cərəyanı vuraraq öldürüb

Hadisə Yasamalda baş verib

Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində orta yaşlı kişi dünyasını dəyişib.

Son.az "Report"a istinadən bildirir ki, 1974-cü il təvəllüdlü Tatarıstan Respublikası sakini (Rusiya vətəndaşı) Çernyayev Addi Adilşaxoviç Abbas Mirzə Şərifzadə küçəsində yerləşən iaşə obyektində kondisioner quraşdırarkən onu yüksəkgərginlikli elektrik cərayanı vurub.

Usta hadisə yerində keçinib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.