Xiaomi Redmi 6 Pro smartfonu və Mi Pad 4 planşeti təqdim olundular


Digərləri 28 İyn 2018 08:35:00 387 0

Xiaomi Redmi 6 Pro smartfonu və Mi Pad 4 planşeti təqdim olundular

Xiaomi şirkəti bugün büdcəli Xiaomi Redmi 6 Pro smartfonunu və Mi Pad 4 planşetini təqdim etdi. Bu cihazlar haqqında artıq uzun zaman idi ki, məlumatlar gəzirdi. İndi isə onların bütün texniki göstəriciləri və qiymətləri məlum oldu. Beləliklə Redmi 6 Pro 19:9 nisbətli 5.84 inç FHD+ ekran, 2.0 GHz tezlikli Snapdragon 625 prosessoru, Adreno 506 qrafik sürətləndirici, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, 12 MP (f/2.2 diafraqmalı Sony IMX486 optikası) + 5 MP (f/2.2 diafraqmalı Samsung S5K5E8 optikası) ikili arxa kamera, 5 MP-lik ön kamera və sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Son.az technote.az-a istinadən bildirir ki, smartfon MIUI interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Maraqlısı ondadır ki, smartfon ayrı-ayrı ikili SIM kart və microSD girişləri əldə edib. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 155$, 4 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 184$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 199$ qiymətinə satılacaq. Çin bazarında smartfon artıq sabahdan satışa çıxacaq.

Xiaomi şirkəti öz təqdimatında gözlənildiyi kimi smartfondan əlavə Mi Pad 4 planşetini də təqdim etdi. Xiaomi Mi Pad 4 16:10 nisbətli 8 inç Full HD ekranla təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən planşet əvvəlki modellərdən fərqli olaraq ölçü baxımdan 9.4% daha kiçilib. Bu isə öz növbəsində cihazdan bir əllə istifadəni daha da rahat hala gətirib. Texniki göstəricilərə gəldikdə isə planşet Snapdragon 660 prosessoru, Adreno 512 qrafik sürətləndirici, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, 13 MP-lik arxa kamera (f/2.0 diafraqmalı OV13855 optikası), 5 MP-lik ön kamera (f/2.0 diafraqmalı Samsung S5K5E8 optikası) və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.