ABŞda haker hücumlarının sayı artıb


Digərləri 28 İyn 2018 08:21:00 254 0

ABŞda haker hücumlarının sayı artıb

ABŞ-da şəhər hökumətinin kompüter sistemlərinə haker hücumları mütəmadi hal alıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hakerlər şəhər administrasiyalarının və müxtəlif təşkilatların kompüter sistemlərini viruslarla yoluxdurur və bununla da kompüterlər bloklanır. Sonradan isə onlar blokun açılması üçün müəyyən həcmdə vəsaitin köçürülməsini tələb edirlər.