Bakıda kafedə müştəri ofisiantı döyüb


Digərləri 28 İyn 2018 08:28:00 228 0

Bakıda kafedə müştəri ofisiantı döyüb

Yaralı ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Bakının Nərimanov rayonunda bir nəfər döyülüb.

Son.az "Report"a istinadən bildirir ki, Təbriz küçəsində yerləşən "Sevgilim" kafesində ofisiant işləyən 1990-ci il təvəllüdlü Quliyev Cabir Sabir oğlunun müştərilə sözləri uyğun gəlməyib.

Masa arxasında əyləşən müştərilərdən biri ona öz iradını bildirib. C.Quliyev üzr istəsə də, xeyri olmayıb və o, döyülüb. Yaralı ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.