Yüzlərlə insanın məzarı "Titanik" haqda bilmədiklərimiz FOTO


Digərləri 27 İyn 2018 23:47:00 359 0

Yüzlərlə insanın məzarı  "Titanik" haqda bilmədiklərimiz  FOTO

Filmdə gəmi batarkən ifa etməyə davam edən musiqiçilər ssenari gözəlləşsin deyə yaradılan bir səhnə deyil. Hadisə baş verən zaman həqiqətən də insanları sakitləşdirmək üçün bu üsuldan istifadə ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, "Titanik" gəmisi o qədər böyük idi ki, sadəcə ocağa kömür atan insanların sayı 176 nəfər idi.

Gəmidəki aşpazlardan biri o qədər çox spirtli içki qəbul etmişdi ki, soyuq suda sağ qalmışdı.

"Titanik" yola çıxmazdan bir gün öncə qayıqların necə istifadə edilməsi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulsa da, naməlum səbəbdən keçirilməmişdi.

Gəmidəki qayıqların çoxu götürə biləcəyi insan sayından daha az yükləndiyi üçün ümumi sərnişinlərin 53 faizi yox, 31 faizi sağ qaldı.

Gəmini batıran aysberq 30 saniyə daha tez görülsəydi faciə baş verməyəcəkdi.

Aysberqə çırpılan gəminin batması 2 saat 40 dəqiqə çəkib. Bunun səbəbi isə "Titanik"də çalışan 30-dan çox insanın özünü fəda edərək gəmini işlək vəziyyətdə tutması idi.

Mühəndislərin fikrincə, gəminin 6 əvəzinə 4 bölməsi sular altında qalsaydı gəmi batmayacaqdı.

Gəminin dördüncü bacası tamamilə saxta idi. Bu baca sonra əlavə olunmuşdu. Çünki gəminin çox nəhəng və simmetrik görünməsini istəmişdilər.

"Titanik" faciəsindən qurtulan yaponiyalı bir şəxs digər sərnişənlərlə öölmədiyi üçün ölkəsində qorxaq elan edilmişdi.

Gəmidəki ən bahalı və lüks otaqların indiki dövrdə olsa idi, qiyməti 108 min manat olardı. Bir çox evli cütlüklər bal ayı keçirmək üçün "Titanik"i seçmişdi.

Gəminin qopmasına səbəb olan aysberq eramızdan əvvəl mininci illərdə qopub həmin yerə gəlib çıxıb.