Günvurma halları artır Bəs belə halda ilkin tibbi yardım necə olmalıdır? VİDEO


Digərləri 27 İyn 2018 22:35:00 274 0

Günvurma halları artır  Bəs belə halda ilkin tibbi yardım necə olmalıdır?  VİDEO

Bir neçə gündür ölkə ərazisində anomal isti hava şəraiti müşahidə edilir. Belə havalarda günvurma halları da qaçılmaz olur. Artıq günvurma ilə bağlı təcili yardıma müraciətlər var. Bəs belə halda ilk yardım necə olmalıdır və günvurmadan necə qorunmaq olar?

Son.az bildirir ki, isti havalarda kimi istidən qorunmaq üçün ağac kölgəsinə sığınır, kimi isə özünü yelləyir. Havalar isindikcə günvurma halları da artıb. İsti havalar başlayandan 14 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.

Günvurma bir sıra əlamətlərlə özünü biruzə verir.

Təcili yardım xidmətinin həkimi Nuridə Fərzəliyəvanın sözlərinə görə, həkim müdaxiləsinə qədər gün vurmuş adama ilkin yardım edilməlidir. Bunun üçün bir sıra qaydaları bilmək vacibdir.