Alimlər həyatı uzadan maddənin tapıldığını iddia edirlər


Digərləri 27 İyn 2018 22:40:00 310 0

Alimlər həyatı uzadan maddənin tapıldığını iddia edirlər

Marşal Universitetinin mütəxəssisləri qocalma prosesinə təsir edən spesifik ferment aşkarladıqlarını iddia edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər natrium-kalium adenozintrifosfataza adlı maddənin orqanizmin cavanlıq dövrünü uzadaraq oksigenin aktiv formasının (OAF) generasiya siklində iştirakını müəyyənləşdiriblər.

Tədqiqatçılar əzələ üzərində təcrübə apararaq, il ərzində gəmiricilərə tərkibində çoxlu piy və karbohidrat olan yem veriblər. Orqanizmdə hüceyrələrin oksidləşməsinə və məhvinə səbəb olan çox sayda oksigen radikallarının sintezi nəticəsində belə "pəhriz" aşkar qocalma əlamətlərinin peyda olmasına gətirib çıxarıb. Bununla belə, fermentlə inyeksiya olunan siçanların bir hissəsində müvafiq proseslərin xeyli ləngiməsi müşahidə edilib.