Yaponiyaya məxsus zond 3,2 milyard kilometr məsafə qət edərək hədəfə çatıb


Digərləri 27 İyn 2018 22:31:00 284 0

Yaponiyaya məxsus zond 3,2 milyard kilometr məsafə qət edərək hədəfə çatıb

Yaponiyaya məxsus "Hayabusa-2" zondu kosmosda 3 illik səyahətdən sonra hədəfinə - Ryuqu asteroidinin 20 kilometrliyinə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyanın JAXA aerokosmik agentliyinin məlumatına əsasən, zond bu müddət ərzində 3,2 milyard kilometr məsafə qət edib.

Kosmik zond 2014-cü ildə fəzaya buraxılaraq Yerdən 2,8 milyard kilometr məsafədə yerləşən asteroidə doğru yola düşüb. O, diametri 900 metr olan Ryuqu asteroidinin yaxınlığında yarım il qalaraq üç dəfə torpaq nümunəsi götürməyə çalışacaq və sonra Yerə qayıdacaq. Onun ilk cəhdi payız aylarına planlaşdırılıb.