Qadını ilan sancıb


Digərləri 27 İyn 2018 21:35:00 351 0

Qadını ilan sancıb

Göyçayda qadını ilan sancıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərova Almaz Əbilhəsən qızı həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən çəmənlikdə olan ilan qəflətən onu sancıb. Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilan zəhəri əleyhinə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, son bir ay ərzində Göyçayda 10-a yaxın şəxs ilan və zəhərli həşərat sancması səbəbindən rayon xəstəxanasına gətirilib.