Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb...


Kriminal 27 İyn 2018 21:10:04 290 0

Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb...

Sumqayıt şəhərində quldurluq etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Asif Allahverdiyev və onun tanışı Şövqü Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Asif Allahverdiyev tanışı Şövqü Quliyev və istintaqla müəyyən olmayan digər şəxslərlə cinayət əlaqəsinə girib.

Onlar 23 oktyabr 2016-cı il tarixdə, saat 23.00-da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yaxınlığında dayanan Sadiq Əhmədovun (ad və soyad şərti verilib - red.) icarəyə götürüb və taksi kimi istifadə etdiyi "VAZ-21074" markalı avtomobilə qəflətən miniblər.

Bu zaman Şövqi Quliyev silah kimi istifadə etdiyi bıçağı Sadiq Əhmədovun boğaz nahiyəsinə dirəyib, xəsarət yetirəcəyi və üzünə çapıq qoyacağı ilə hədələyib. Asif Allahverdiyev isə şillə və yumruq zərbələri ilə Sadiq Əhmədovun bədəninin müxtəlif nahiyələrinə vurub.

Daha sonra onlar Sadiq Əhmədovla birlikdə olan, qeyri-rəsmi nikahda yaşadığı Samirə Babayevanı (ad və soyad şərti verilib - red.) zorlayacaqları ilə hədələyiblər. Onun üzərini axtararaq 400 manat pulunu götürüblər və sonra onu yerə düşürərək, dəyəri 2500 manat olan avtomobili götürərək, aradan çıxıblar.

"Sadiq Şövqini cəza çəkdiyi müəssisədən tanıyıb"

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Babayeva bildirib ki, atası və anası tez rəhmətə getdiyi üçün ona nənəsi baxıb, baş vermiş hadisədən təxminən 7 ay qabaq o, qeyri-rəsmi yaşadığı Sadiq Əhmədovla təsadüfən tanış olub: "Sonra aramızda yaxın münasibətlər yarandı və həmin vaxtdan Rəşad adlı şəxsin evində, onunla və onun atası, anası ilə birlikdə yaşamışıq. Sadiq Vüqar adlı bir oğlandan "VAZ-21074" markalı avtomobili icarəyə götürüb, həmin avtomobillə taksi kimi fəaliyyət göstərdi. Bu cinayət hadisəsindən qabaq Şövqini və Asifi tanımamışam. Lakin Sadiq Şövqini əvvəllər cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən tanıyıb".

"Qaydanı pozduğu üçün polislər saxladı"

Samirə Babayevanın sözlərinə görə, oktyabrın 23-də, saat 22.00-da Sadiq idarə etdiyi avtomobillə mənim arxamca evə gəldi. Həmin vaxt Sadiqlə birlikdə Saray qəsəbəsində yerləşən bir evə kirayə qalmaq üçün köçməli olduq. Rəşad Sumqayıt şəhəri, 13-cü mikrorayon, "Şərq Bazarı"nın yanında olan dairənin yanında Şövqi ilə görüşməli olduğunu bildirdi. Rəşadla birlikdə onun idarə etdiyi avtomobildə həmin yerə getdik. Dairəni keçən kimi, Sadiq hərəkət qaydasını pozduğu üçün yol polisinin əməkdaşları bizi saxladı. Sadiq avtomobili yolun kənarında saxladı. Sonra yolun kənarında Şövqini gördük. Polis əməkdaşları qaydanı pozduğuna görə təxminən 10 dəqiqə Sadiqin adına protokol tərtib etdikdən sonra oradan getdik".

"Tanımadığım oğlanlar arxa oturacaqda əyləşdilər"

Samirə Babayeva qeyd edib ki, sükan arxasında olan zaman Şövqi Sadiqdən 6 qutu nəşəni necə etdiyini soruşub: "Sadiq isə həmin nəşənin avtomobilin qoltuq altının içərisində olduğunu bildirdi. Bu zaman Şövqi qoltuq altını açdı, oradan 6 ədəd kibrit qutularında olan nəşəni götürdü və cibinə qoydu. Sonradan onların söhbətindən başa düşdüm ki, 1 gün qabaq Sadiq Şövqidən təcili bir həftəlik 300 manat borc pul istəyib, Şövqinin yanında olan tanışı Asif Sadiqə 300 manat borc pul tapa bilməsini söz verib. Sonra isə Sadiqin idarə etdiyi avtomobili Xızı rayonunun Giləzi qəsəbəsində kiməsə girov qoyaraq, 300 manatın əvəzinə ona 6 kibrit qutusu nəşə verib. Şövqi avtomobilə oturandan sonra, avtomobilə sonradan adını Asif kimi tanıdığım və Asifin yanında olan 3 nəfər tanımadığım şəxs yaxınlaşdı, onlar da avtomobilə mindilər. Bu zaman Şövqi avtomobili işə salmaq istədi. Lakin avtomobil işə düşmədi. Şövqinin bir ayağı şikəst olduğundan, o, maşından düşmədi, digərləri yerə düşdü, avtomobili təcili tibbi yardım stansiyasının yanında olan məhəllənin içərisinə itələdilər. Orada yenə də avtomobilə mindilər. Şövqi avtomobilin sükanının arxasında oturdu, Sadiq Şövqinin yanında avtomobilin qabaq oturacağında əyləşdi. Asif və onlarla birlikdə olan 3 nəfər tanımadığım cavan oğlanlar avtomobilin arxa oturacağında əyləşdilər".

"Üzünə çapıq atacağı ilə hədələdi"