İyunun son hərracında səhmdar cəmiyyəti də özəlləşdirildi


Digərləri 27 İyn 2018 20:43:00 329 0

İyunun son hərracında səhmdar cəmiyyəti də özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun son hərracı reallaşıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun son hərracı reallaşıb. Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərracda təmir-tikinti və elektrik quraşdırma sahəsi üzrə fəaliyyət göstərən Yevlax Tikinti-7 Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. Belə ki, Yevlax şəhəri, İnşaatçılar küçəsində yerləşən səhmdar cəmiyyətinin 30% səhm paketi sahibini tapıb. Hərracda özəlləşdirilmiş səhm zərfinin nominal dəyəri 20 min 754 manatdır. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi olan İmişli rayonu, Cavadxanlı kəndində yerləşən yardımçı təsərrüfatın ümumi faydalı sahəsi 608 kv.m-dir. Torpaqla birlikdə özəlləşdirilmiş bu əmlak kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, eləcə də bu sahəyə olan mövcud tələbatın ödənilməsini mümkün edəcək. Mingəçevir şəhərində yerləşən Boyaq bəzək sexinin yarımçıq tikilisinin sahibi olmuş şəxs əmlaka investisiya yatıraraq həm müvafiq, həm də başqa sahələr üzrə səmərəli fəaliyyəti təmin edə bilər.