SamurAbşeron su kanalında naməlum kişi meyiti tapıldı


Digərləri 27 İyn 2018 19:51:00 357 0

SamurAbşeron su kanalında naməlum kişi meyiti tapıldı

Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır. Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub. Meyit üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.