"Azərbaycan paradla Ermənistana bir sıra ciddi mesajlar verdi"


Siyasət 27 İyn 2018 19:30:00 264 0

"Azərbaycan paradla Ermənistana bir sıra ciddi mesajlar verdi"

"Hərbi parad Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdi".

Bu sözləri Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı fikirlərini şərh edib.

Bu barədə Son.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

"Hərbi paradı internetdən izlədim və türk olaraq qürur duydum. Azərbaycan paradla Ermənistana bir sıra ciddi mesajlar verdi. Müasir hərbi texnikaların nümayişi Azərbaycanın hərbi potensialını bir daha göstərdi. Azərbaycan düzgün edərək silahlanır. Torpaqlarını azad etmək onun öz haqqıdır. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Ümumiyyətlə,Azərbaycan ordusunun son iki ildə uğurları Ermənistanın siyasi-iqtisadi və hərbi vəziyyətinin gerçək vəziyyətini əks etdirir.

Cənab İlham Əliyev hərbi paradda çıxışında vacib olan məqamlara toxundu. Bir daha azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edirəm",-deyə Makedoniyalı siyasətçi vurğulayıb.