“100 ilin əmanəti” adlı kitabın təqdimatı olub (FOTO)


Digərləri 27 İyn 2018 19:17:07 287 0

“100 ilin əmanəti” adlı kitabın təqdimatı olub (FOTO)

Bu gün Lent.az saytı “Cümhuriyyətimiz” layihəsi çərçivəsində çap olunmuş yazılardan ibarət “100 ilin əmanəti” adlı kitabın təqdimatını keçirib.

Bakı. Elçin Mehdiyev - Bu gün Lent.az saytı “Cümhuriyyətimiz” layihəsi çərçivəsində çap olunmuş yazılardan ibarət “100 ilin əmanəti” adlı kitabın təqdimatını keçirib. Trend-in məlumatına görə, kitab Lent.az saytının 10 illik yubileyi ərəfəsində çap olunub. Təqdimat mərasimində çıxış edən “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, sayt fəaliyyətə başlayanda onun davamlı olması ilə bağlı şübhələr var idi: “Zaman keçdikcə Lent.az özünü doğrultdu. Sayt fəaliyyətə nisbətən yüngül mövzularla başladı. O zaman agentliklərin yaya bilmədiyi və ya yaymaq istəmədiyi mövzuları Lent.az-da verirdik. Bu gün isə saytın ən çox oxunan yazıları Dağlıq Qarabağ mövzusudur”. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Llent.az Dağlıq Qarabağ problemini daim ön planda saxlayan saytlardan biridir: