Rusiya və ABŞ prezidentləri arasında görüş barədə razılığa gəlinib


Dünya 27 İyn 2018 18:49:31 284 0

Rusiya və ABŞ prezidentləri arasında görüş barədə razılığa gəlinib

Görüş iyulun 15-də Avstriya paytaxtında baş tutacaq

"Rusiya prezidentiVladimir Putinlə ABŞ-ın dövlət başçısı Donald Tramp arasında görüşə dair razılığa gəlinib".

"Report"un "RİA Novosti"yə istinadənverdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Avstriyanın "Kronen Zeitung" qəzeti Vyanada Rusiya və Amerika diplomatlarının görüşünün keçirildiyini yazib.

Bildirilir ki, görüş zamanı iki ölkə nümayəndələri dövlət başçılarının mümkün danışığını müzakirə ediblər.

"Tərəflərin gəldiyi razılığa əsasən, prezidentlərin görüşü iyulun 15-də Avstriyanın paytaxtında keçiriləcək", - nəşr yazıb.

Ötən həftə, D.Tramp bildirmişdi ki, Vladimir Putinlə görüşiyul ayında keçiriləcək. Bu məlumatı Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da təsdiqləyib.