İsveçli nazirdən Durmaza dəstək


İdman 27 İyn 2018 18:46:00 310 0

İsveçli nazirdən Durmaza dəstək

İsveç millisinin futbolçusu Cimmi Durmazın Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində Almaniyaya qarşı keçirilən oyundan sonra Çoxsaylı hədə və ölüm təhdidi almışdı. Goal.az xəbər verir ki, son saniyələrdə qayda pozuntusuna yol verən və nəticədə komandasının məğlubiyyətinə səbəb olan oyunçuya İsveçin sosial xidmətlər və idman naziri Annika Ştrandalldan dəstək gəlib. Qadın nazir məhz futbolçuya dəstək olmaq üçün işə Durmazın forması ilə yollanıb. O, yolda çəkilən şəkillərindən birini “Tvitter” hesabından paylaşıb. İsveç sözügedən oyunda Almaniyaya 1:2 hesabıyla uduzmuşdu.