Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi


Siyasət 27 İyn 2018 18:06:00 282 0

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi

Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"nin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Novruz Məmmədov - Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Natiq Əmirov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri

2. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilsin.