Fəhləsi ölən şirkətin əməkdaşları "Space"in işçilərini DÖYDÜ FOTO


Digərləri 27 İyn 2018 18:08:00 312 0

Fəhləsi ölən şirkətin əməkdaşları "Space"in işçilərini DÖYDÜ  FOTO

Xəbər verdiyimiz kimi, Səbail rayonu "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılaraq həyatını itirib. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, bu gün hadisəni işıqlandırmaq üçün qeyd olunan ünvana gedən "Space" televiziyasının "Hər Gün" xəbərlər xidmətinin müxbiri Mürvət Zülfüqarov və operator Samir Gülməmmədova MVVL Verius Pradium Şirkətinin 15-ə yaxın əməkdaşı hücum edərək, onları döyüb. Nəticədə operator və müxbir çoxsaylı bədən xəsarəti alıb. Bundan başqa çəkilişdə istifadə edilən kameraya da zərər dəyib.


Xəbərə aid fotolar