Afrində partlayış


Dünya 27 İyn 2018 17:55:00 259 0

Afrində partlayış

Suriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Son.az report.az-a istinadən bildirir ki, Afrinin mərkəzində bomba yüklənmiş iki avtomobil partladılıb.

Partlayışlar "Ziraat Kavşağı" və "Şatolar Caddesi"ndə baş verib. Bu hücumun məsuliyyətini üzərinə götürən hələ ki, yoxdur.

Bildirilib ki, partlayışın məsuliyyətini terrorçu PKK qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu "Zeytun budağı" əməliyyatı nəticəsində martın 18-də Afrini terrorçu PKK/YPG-PYD qruplaşmasından azad edib.