"AŞPAnın sanksiyaları artıq keçmişdə qalmış məsələdir"


Digərləri 27 İyn 2018 17:17:00 271 0

"AŞPAnın sanksiyaları artıq keçmişdə qalmış məsələdir"

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, qurumun vitse-prezident seçilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Son.az xəbər verir ki, S. Seyidov APA-ya açıqlamasında bildirib ki, sanksiyalar yalnız bir neçə nəfər və komitə tərəfindən qoyulub.

"Bu sessiyada sanksiyaların nə qədər əhəmiyyətsiz olduğu göründü. AŞPA-da vitse-prezident seçilmək özü özlüyündə böyük addımdır. Bildiyiniz kimi, seçilmə rotasiya qaydasında keçirilir. Burada qayda belədir ki, buna etiraz edə bilərdilər. Ancaq bir nəfər belə qalxıb etiraz etmədi. Onlar özləri də bilirlər ki, mən 18 illik fəaliyyətim boyunca həm Avropa Şurasının dəyərlərini, həm Azərbaycanın maraqlarını müdafiə etmişəm", - deyə S. Seyidov bildirib.