Tərtərdə uzun illər oğurluqla məşğul olan şəxs saxlanılıb


Sosial 27 İyn 2018 16:56:36 300 0

Tərtərdə uzun illər oğurluqla məşğul olan şəxs saxlanılıb

Cinayət işi açılıb

Tərtər rayonundauzun illər oğurluqla məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"un Qarabağ bürosunaTərtər Rayon Polis Şöbəsinin (RPŞ)İstintaq bölməsinin rəisi Elvin Kərimov məlumat verib.

O bildirib ki,RPŞ əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bağlı qalmış 11 oğurluq hadisəsi açılaraq istintaqa təhvil verilib.

Tərtər rayon sakinlərinin şikayəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə rayonun Hacıqərvənd kəndi ərazisində 4, rayon ərazisində isə 7 mənzildən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Ramin Əliyev saxlanılıb. Araşdırmalarla onun 2012-ci ildən 2018-ci ilədək 11 evdən oğurluq edərək vətəndaşlara 35 min manatdan yuxarı ziyan vurduğu məlum olub. R.Əliyev oğurlanan qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.