Ər və arvadı küçədə ölümcül döydülər VİDEO FOTO


Digərləri 27 İyn 2018 16:29:00 323 0

Ər və arvadı küçədə ölümcül döydülər  VİDEO  FOTO

Bakıda döyülmə hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Sabunçu rayonunun Maştağa yolunda 31 yaşlı Murad Ələkbərli həyat yoldaşı ilə yolla gedərkən naməlum şəxslərlə mübahisəsi düşüb.

Bu zaman onlar Murad Ələkbərlini döyərək xəstəxanalıq ediblər, onun həyat yoldaşına isə yüngül xəsarətlər yetiriblər. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Murad Ələkbərli açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığı və qarnının küt travması xəsarəti alıb, vəziyyəti ağır qiymətləndirilir.

Hadisə barədə Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə məlumat verilib.


Xəbərə aid foto