Öz evindən oğurluq edən keçmiş məhkum saxlanıldı VİDEO FOTO


Digərləri 27 İyn 2018 16:37:00 252 0

Öz evindən oğurluq edən keçmiş məhkum saxlanıldı  VİDEO  FOTO

Bərdədə oğurluq hadisəsi baş verib.

Son.az ARB TV-yə istrinadla xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 22-də rayon ərazisindəki iki evdən 2500 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Güloğlular kənd sakini Ədalət Qaracayev saxlanılıb.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisindəki evlərin birindən 190 manat və 450 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş Əflatun saxlanılıb.


Xəbərə aid fotolar