Afrində partlayış: 6 nəfər ölüb, 20 nəfər yaralanıb


Dünya 27 İyn 2018 16:28:00 251 0

Afrində partlayış: 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Partlayışlar “Ziraat Kavşağı” və “Şatolar Caddesi”ndə baş verib

Suriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “Gazetevatan”a istinadən xəbər verir ki, Afrinin mərkəzində bomba yüklənmiş iki avtomobil partladılıb.

Partlayışlar “Ziraat Kavşağı” və “Şatolar Caddesi”ndə baş verib. Bu hücumun məsuliyyətini üzərinə götürən hələ ki, yoxdur.

Partlayışın səbəbi araşdırılır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı nəticəsində martın 18-də Afrini terrorçu PKK/YPG-PYD qruplaşmasından azad edib.