Azərbaycanda ilan sancmalarının ən çox baş verdiyi


Digərləri 27 İyn 2018 16:00:00 297 0

Azərbaycanda ilan sancmalarının ən çox baş verdiyi

"Azərbaycanda ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur".

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

İlansancma hallarının adətən, aprel ayından başlayaraq müşahidə edildiyini nəzərə çatdıran A.Maqsudovun sözlərinə görə, builki mövsümdə ilan sancan şəxslərin sayı ötənilki mövsümə nisbətən artıb. Ötən il aprelin əvvəlindən iyunun sonunadək cəmi 36 nəfər ilansancma şikayəti ilə mərkəzə müraciət etdiyi halda, bu il qeyd edilən müddətdə həmin şikayətlə mərkəzə müraciət edənlərin sayı 42 nəfər olub.

Şöbə müdiri əlavə edib ki, bu il ilan sancan şəxslərin 8-nin vəziyyəti ağır qiymətləndirilib. İlansancma ilə müraciət edənlərin 6-sı uşaq olub. İlan sancmasından ölüm halları qeydə alınmayıb.