Azərbaycanla İsveçrə arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olundu FOTO


Digərləri 27 İyn 2018 15:34:00 316 0

Azərbaycanla İsveçrə arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olundu  FOTO

İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, Bern şəhərində keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilib, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılıb.

İsveçrənin "GN-company", "Varistor" və "Delica" şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirklətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.


Xəbərə aid fotolar