Şabranda 6 min əhalinin istifadə etdiyi yol yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 27 İyn 2018 15:18:45 247 0

Şabranda 6 min əhalinin istifadə etdiyi yol yenidən qurulur (FOTO/VİDEO)

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Bakı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 75 km uzunluğunda avtomobil yollarının yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir. Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun (6 m hərəkət hissə, 2x2 m çiyin hissələr) yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq hazırda yolun 19.7 km-lik hissəsində qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Bu işlərin həcmi 90 min kub.m-ə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülür. Torpaq yatağının tikintisi bitən ərazilərdə 200 min kv.m sahəbi əhatə edəcək 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 sm qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layı tikilir. Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun 6.3 km-lik hissəsində isə mövcud asfalt-beton örtüyün frezlənərək profilə salınması, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması və yararlı qruntla yenidən qoldurularaq kipləşdirilməsi işləri aparılacaq. Qazılaraq doldurulmuş hissərdə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə tikintisi aparılacaq.