Bayram günü səhər vaxtı metronun qabağında qadının çantasını qapıb qaçdı


Digərləri 27 İyn 2018 15:02:00 324 0

Bayram günü səhər vaxtı metronun qabağında qadının çantasını qapıb qaçdı

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, iyunun 26-da saat 8 radələrində metronun "28 May" stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.